Avrozonada iqtisadi inkişaf 1.2%-ə yüksəlib

01 May 2019

Avrozona iqtisadiyyatında inkişaf dinamikasının proqnozların üzərində açıqlanması ehtimal edilir.

Avrozonada iqtisadi inkişaf 1.2%-ə yüksəlib

Avrozonada iqtisadi inkişaf sürətinin yenidən 1.2%-ə yüksələcəyi proqnozlaşdırılır. Eurostatın çərşənbə axşamı açıqladığı rəsmi ilkin hesablamalara əsasən, Avrozonada ÜDM 2019-cu ilin birinci rübündə rüblük müqayisədə 0.4%, illik müqayisədə isə 1.2% artıb. 


Analitiklər isə illik iqtisadi inkişaf dinamikasının 1.1%-də qalacağını, rüblük dinamikanın isə yalnız 0.3%-ə yüksələcəyini proqnozlaşdırırdılar. 


ÜDM ölkədə müvafiq dövr ərzində istehsal olunan mal və xidmətlərin dəyəridir və ölkə iqtisadiyyatının gücünü əks etdirir.


Bununla yanaşı, qeyd etmək lazımdır ki, 2018-ci ilin dördüncü rübündə də ilkin və ikinci hesablamalarda 1.2%-lik illik inkişaf proqnozlaşdırılsa da 1.1%-lik inkişaf açıqlanmışdı.