Avrozonada iqtisadi inkişaf 1.6%-ə düşüb

07 Dekabr 2018

Avropada rüblük və illik iqtisadi inkişaf göstəriciləri azalmaqda davam edir. Bu, EUR/USD məzənnəsinə təzyiq edən amilərin sayının artması deməkdir.

Avrozonada iqtisadi inkişaf 1.6%-ə düşüb

Avropanın statistika mərkəzinin (ing.: "EuroStat") cümə günü yayımladığı statistik məlumatlarda, Avrozonada ÜDM-in 2018-ci ilin üçüncü rübündə rüblük müqayisədə 0.2%, illik müqayisədə isə 1.6% artdığı göstərilib. Analitiklər birinci hesablamada rüblük və illik müqayisədə müvafiq olaraq 0.4% və 1.9%-lik artım proqnozlaşdırırdılar. Bu gün dərc edilən üçüncü hesablanmada isə mütəxəssislər dəyişiklik gözləmirdilər. ÜDM müəyyən dövr ərzində istehsal olunan mal və xidmətlərin dəyərini ölçür.


Beləliklə, Avrozona iqtisadiyyatında rüblük və illik artım dinamikalarının zəiflədiyinin şahidi oluruq. Belə ki, iqtisadiyyatda böyümə rüblük müqayisədə birinci və ikinci rüblərdə dəyişməyərək 0.4% olmasına baxmayaraq, illik müqayisədə birinci rübdə 2.5%-dən, ikinci rübdə 2.1% olmaqla, üçüncü rübdə 1.6%-ə kimi azalıb. 


ABŞ-da rüblük inkişaf iyul-sentyabr ayları ərzində 3.5%, illik müqayisədə isə 3.0% olmuşdur. Avronun qiyməti də son beş ay ərzində 1.13$-a kimi 5.4% ucuzlaşıb. 


Qeyd etmək lazımdır ki, 2017-ci ildə Avrozonada rüblük iqtisadi inkişafın maksimum və minimum səviyyəsi 0.6% olmaqla, illik müqayisədə 2.7% böyümüşdür.