Avrozonada iqtisadiyyat zəifləməkdə davam edir

30 Oktyabr 2018

Avropada rüblük və illik iqtisadi inkişaf göstəricisi gözləntilərdən də çox azalıb. Bu, EUR/USD məzənnəsinə təzyiq edən amilərin sayının artması deməkdir.

Avrozonada iqtisadiyyat zəifləməkdə davam edir

Avropanın statistika mərkəzinin (ing.: "EuroStat") çərşənbə axşamı yayımladığı statistik məlumatlarda, Avrozonada ÜDM-in 2018-ci ilin üçüncü rübündə rüblük müqayisədə 0.2%, illik müqayisədə isə 1.7% artdığı göstərilib. Analitiklər rüblük və illik müqayisədə müvafiq olaraq 0.4% və 1.9%-lik artım proqnozlaşdırırdılar. ÜDM müəyyən dövr ərzində istehsal olunan mal və xidmətlərin dəyərini ölçür.


Beləliklə, Avrozona iqtisadiyyatında rüblük və illik artım dinamikalarının zəiflədiyinin şahidi oluruq. Belə ki, iqtisadiyyatda böyümə rüblük müqayisədə birinci və ikinci rüblərd dəyişməyərək 0.4% olmasına baxmayaraq, illik müqayisədə birinci rübdə 2.5%-dən, ikinci rübdə 2.1% olmaqla ,üçüncü rübdə 1.7%-ə kimi azalıb. 


ABŞ-da rüblük inkişaf iyul-sentyabr ayları ərzində 3.5%, illik müqayisədə isə 3.0% olmuşdur. Avronun qiyməti də son dörd ay ərzində 1.14$-a kimi 3.4% ucuzlaşıb. 


Qeyd etmək lazımdır ki, 2017-ci ildə Avrozonada rüblük iqtisadi inkişafın maksimum və minimum səviyyəsi 0.6% olmaqla, illik müqayisədə 2.7% böyümüşdür. Bununla yanaşı, bu gün yayımlanan göstəricilər birinci hesablanmanın nəticəsidir və yekun göstərici dekabr ayında açıqlanacaqdır.