Avrozonada işsizlik 8.7%-ə kimi azaldı

09 Yanvar 2018

Avrozonada müsbət statistik məlumatların açıqlanmasına baxmayaraq, avro ucuzlaşmaqda davam edir.

Avrozonada işsizlik 8.7%-ə kimi azaldı

Avropanın "Avrostat" ("EuroStat") statistika mərkəzinin çərşənbə axşamı verdiyi məlumata görə, 19 dövlətin üzv olduğu Avrozonada işsizlik səviyyəsi noyabr ayında 8.8%-dən 8.7%-ə kimi azalıb. Analitiklər də 8.7%-ə kimi azalma gözləyirdilər. Bazar ertəsi isə Avrozonada pərakəndə satış dövriyyəsinin noyabr ayında 1.4%-lik gözlənti qarşılığında 1.5% artması ilə bağlı məlumatlar açıqlanmışdı. 

Məlumatların gözləntilərə uyğun müsbət açıqlanması, avroya güclü təsir etməyib və ucuzlaşmaqda davam edir. EUR/USD məzənnəsi 1.1926$-ı aşağı istiqamətdə qırmaq üzrədir. 

Qeyd etmək lazımdır ki, dünya maliyyə böhranından sonra Avrozonada işsizlik 7.1%-dən 12.2%-ə kimi artmışdır. 2013-cü ilin sentyabr ayında etibarən isə əmək qabiliyyətli olan, lakin iş tapa bilməyənlərin sayı azalmaqdadır.