Avrozonada işsizlik minimumlarda

09 Yanvar 2020

Avrozonada işsizlik səviyyəsi proqnozlaşdırıldığı kimi son 11 ilin minimumunda möhkəmlənib.

Avrozonada işsizlik minimumlarda

Avropanın statistika mərkəzi, EuroStatın cümə axşamı açıqladığı rəsmi məlumatlara əsasən, Avrozonada işsizlik noyabr ayında 7.5% olub və bu, sentyabrın göstəricisi istisna olmaqla 2008-ci ilin avqaust ayından sonra ən aşağı səviyyədir. 

Göstərici iyunda 7.5%-ə düşüb və sentyabrda 0.1% artsa da yenidən cari səviyyəyə düşüb. 

Qeyd etmək lazımdır ki, əmək bazarında müsbət tendesiya inflyasiyanın da arta biləcəyinə işarədir. Avropa Mərkəzi Bankı isə 2%-lik inflyasiya hədəfləyir.