Avrozonada işsizlik yanvarda proqnozları üstələyib

01 Mart 2019

Beynəlxalq maliyyə bazarlarında Avrozona iqtisadiyyatına dair gözlənilən önəmli fundamental məlumatlar arasında işsizlik səviyyəsi müsbət açıqlanıb.

Avrozonada işsizlik yanvarda proqnozları üstələyib

Avropanın statistika mərkəzi ("EuroStat") cümə günü açıqladığı əmək bazarı ilə bağlı önəmli fundamental məlumatlarda Avrozonada işsizlik səviyyəsinin yanvar ayında proqnozlardan yaxşı açıqlandığı müşahidə edilir. 


Məlumatlara əsasən, Avrozonada işsizlik yanvar ayında 7.8% olub. İqtisadçılar isə göstəricinin 7.9%-ə kimi yüksələcəyi proqnozlaşdırırdılar. 


Qeyd etmək lazımdır ki, əmək bazarında vəziyyətin yaxşılaşması, inflyasiyaya da müsbət təsir edir. Yanvar ayında inflyasiya Avrozonada 1.4%-ə kimi azalmışdı. 


Əmək bazarında müsbət tendensiya özünü fevral ayında göstərməyə başlayıb və göstəricilər diqqət mərkəzində saxlanılmalıdır.