Avrozonada pul dövriyyəsi artıb

28 Yanvar 2019

Avrozonada pul -kütləsinin artım dinamikası son yarım ilin maksimum səviyyəsinə çatıb və bu, avroda bahalaşmanı daha da gücləndirə bilər.

Avrozonada pul dövriyyəsi artıb

Avropa Mərkəzi Bankının (AMB) bazar ertəsi açıqladığı rəsmi məlumatlara əsasən, M3 pul-kütləsinin illik artım dinamikası 3.7%-dən 4.1%-ə çatıb. Mütəxəssislər isə yalnız 3.8%-ə kimi artım proqnozlaşdırırdılar. Bununla yanaşı, istehlak kredit dövriyyəsində artım dinamikası 3.3% səviyyəsində qalıb. 


Qeyd etmək lazımdır ki, dövriyyədə pul kütləsinin artması, Avrozonada inflyasiyanın da artmasına səbəb ola bilər. Sonuncu göstəricilərə əsasən, Avrozonada inflyasiya dekabr ayında 1.6% olub. Noyabr ayında bu göstərici 1.9% idi. Yanvar ayı üzrə göstəricinin isə cümə günü açıqlanması gözlənilir. 


Avrozonada inflyasiyanın artması, AMB-nin də cari il üzrə ilk faiz artımına gedə biləcəyi proqnozları güclənir və nəticədə avroya olan tələb də arta bilər.