Avrozonada risklər gözlənildiyindən çox artıb

19 Fevral 2019

Beynəlxalq maliyyə bazarlarında AMB-nin mart ayı toplantısında iqtisadiyyata dair açıqlacağı gözləntiləri investorların diqqət mərkəzindədir.

Avrozonada risklər gözlənildiyindən çox artıb

Avropa Mərkəzi Bankının (AMB) nümayəndəsinin açıqlamasına əsasən, yumşaq siyasətlərinə baxmayaraq, iqtisadi zəifləməyə reaksiya vermək ixtiyarındadırlar. Peter Pratın müsahibəsində bildirib ki, AMB-nin idarə heyəti lazımi imkanları həmişə tapacaqdır. Belə ki, bank Avrozonada iqtisadiyyat zəifləyərsə, faiz gözləntilərini uyğunlaşdıra və əlavə tədbirlərlə əvəz edə bilər. 


İstiqraz alışı proqramı da əlavə imkanlara daxildir. "Lakin bu o demək deyil ki, istiqraz alışı proqramı bugünkü şəraitdə ilk təklif ediləndir", deyə Prat əlavə edib. O, Avropada iqtisadi yavaşlamanı gözlənildiyindən "geniş və sərt" adlandırıb. Risklər çox artıb və mart ayında bankın növbəti toplantısında gözləntilərini yenidən müzakirə edəcəkdir. 


Maliyyə bazarlarında dünyada və Avrozonada iqtisadiyyatın yavaşlaması səbəbilə AMB-nin də yumşaq pul-kredit siyasətinə planlaşdırıldığından daha uzun müddət davam edə biləcəyi gözlənilir. Bugünə kimi planlar cari siyasətin yay aylarına kimi davam etdirilməsi planlaşdırılır. İlk faiz artımının isə bu il olacağı proqnozları isə günbəgün azalmaqdadır. Banklar üçün uzun müddətli kreditlərin verilməsi də gözləniləndir.