Avrozonada: Rüblük inkişaf son bir ilin minimumunda

02 May 2018

Avropada rüblük iqtisadi inkişaf göstəricisi son bir ilin minimum səviyyəsinə düşüb. 2017-ci ildə iqtisadiyyat 0.6%, böyüyürdüsə, bu, 0.4%-ə düşüb.

Avrozonada: Rüblük inkişaf son bir ilin minimumunda

Avropanın statistika mərkəzinin (ing.: "EuroStat") çərşənbə günü yayımladığı statistik məlumatlarda, Avrozonada ÜDM-in 2018-ci ilin birinci rübündə rüblük müqayisədə 0.4%, illik müqayisədə isə 2.5% artdığı göstərilib. Analitiklər də rüblük və illik müqayisədə müvafiq olaraq 0.4% və 2.5%-lik artım proqnozlaşdırırdılar. ÜDM müəyyən dövr ərzində istehsal olunan mal və xidmətlərin dəyərini ölçür.


ABŞ-da rüblük inkişaf yanvar-mart ayları ərzində 2.3%, illik müqayisədə isə 2.9% olmuşdur. Avronun qiyməti də aprel ayı ərzində 1.20$-a kimi 3.5% ucuzlaşıb. 


Qeyd etmək lazımdır ki, 2017-ci ildə Avrozonada rüblük iqtisadi inkişafın maksimum və minimum səviyyəsi 0.6% olmaqla, illik müqayisədə 2.7% böyümüşdür. Bununla yanaşı, bu gün yayımlanan göstəricilər birinci hesablanmanın nəticəsidir və yekun göstərici iyun ayında açıqlanacaqdır.