Avrozonada sənaye istehsalı 1.4% artıb

13 Mart 2019

Beynəlxalq maliyyə bazarlarında böyük maraqla gözlənilən göstəricilər arasında Avrozonada sənaye istehsalı proqnozlaşdırılandan çox artdığı açıqlanıb.

Avrozonada sənaye istehsalı 1.4% artıb

Avropanın statistika mərkəzi "Eurostat"-ın çərşənbə günü açıqladığı rəsmi məlumatlara əsasən, sənaye istehsalı yanvarda aylıq müqayisədə 1.4% artıb, illik azalma dinamikasının 4.2%-dən 1.1%-ə düşməsinə səbəb olub.


İqtisadçılar yanvarda sənaye istehsalının dekabrda 0.9% azalmasından sonra yalnız 1.0% artacağını proqnozlaşdırırdılar. İllik azalma dinamikasının isə 2.1%-ə düşməsi ehtimal edilirdi.