Avrozonada sənaye istehsalı azalmaqda davam edir

13 İyun 2019

Beynəlxalq maliyyə bazarlarında dünya ticarətinə dair risklərin artması, özünü Avrozona iqtisadiyyatında da göstərməkdədir.

Avrozonada sənaye istehsalı azalmaqda davam edir

Avropanın statistika mərkəzinin cümə axşamı günü açıqladığı rəsmi məlumatlara əsasan, aprel ayında sənaye istehsalı aylıq müqayisədə 0.5% azalıb. Bu göstərici mart ayında 0.4% idi və iqtisadçılar da azalmanın 0.5%-ə yüksələcəyini proqnozlaşdırırdılar. 


Lakin illik göstərici mənfi 0.7%-dən mənfi 0.4%-ə yüksəlib. Mütəxəssislər isə yalnız 0.5%-ə kimi artım ehtimal edirdilər. 


Beləliklə, illik göstərici müsbət açıqlansa da aylıq dinamikada mınf tendensiya güclənməkdədir və bu, gələcəkdə özünü illik göstəricidə də göstərə bilər. 


Qeyd etmək lazımdır ki, dünya ticarətində aprel və may aylarında siyasi risklərin artması ilə iqtisadi yavaşlama müşahidə edilməkdədir. 


Avrozonanın birinci ən böyük iqtisadiyyatında, Almaniyada isə sənaye aprel ayında, bu göstəricinin mart ayında müsbət 0.5% olmasına baxmayaraq, 1.9% azalmışdır. Fransada 0.4% artmışdır, İtaliyada 0.7% azalmışdır.