Avrozonada sənaye istehsalı azalmaqdadır

12 Dekabr 2019

Avrozonada sənaye istehsalı proqnozlaşdırıldığı kimi azaldı.

Avrozonada sənaye istehsalı azalmaqdadır

Avropanın statistika mərkəzinin cümə axşamı açıqladığı rəsmi məlumatlara əsasən, sənaye istehsalı oktyabrda aylıq müqayisədə 0.5% azalıb. Mütəxəssislər də 0.5%-lik azalma ehtimal edirdilər. 

İllik dinamika da proqnozlaşdırılandan yaxşı açıqlansa da azalmaqda davam edir. Belə ki, sentyabrda illik göstərici mənfi 1.8% açıqlandıqdan sonra analitiklər 2.3%-lik azalma proqnozlaşdırırdılar, lakin mənfi 2.2% yayımlanıb.