Avrozonadan göstəricilər və USD/CHF

22 Fevral 2019

Beynəlxalq valyuta birjalarında bu gün Avrozonadan açıqlanacaq önəmli statistik göstəricilər USD/CHF məzənnəsində də aktivliyin artmasına təsir edə bilər.

Avrozonadan göstəricilər və USD/CHF

USD/CHF cütlüyü günü üfüqi dalğalanma ilə davam edir. Foreks bazarlarında hal-hazırda 1.0008 qiymətlərində ticarət edilən cütlüyün, ən yaxın dəstəyi 1.0002, ən yaxın müqaviməti isə 1.0022 həddidir.


Bu gün Bakı vaxtı ilə saat 14:00-da açıqlanacaq olan ümumi Avrozona üzrə aylıq və illik inflyasiya göstəriciləri USD/CHF cütlüyündə də volatilliyi artıra bilər. İnflyasiyanın illik artım göstəricisinin 1.6%-dən 1.4%-ə düşəcəyi ehtimal edilir. 


Göstəricinin proqnozdan zəif açıqlanması İsveçrə frankının da dəyərinin ucuzlaşmasına səbəb ola bilər ki, nəticədə USD/CHF cütlüyü də 1.0059 həddinə kimi bahalaşa bilər.


İnflyasiyanın ehtimal edildiyi kimi 1.4% açıqlanması, avro ilə yanaşı franka da müsbət təsir edə bilər. Bunun baş verəcəyi təqdirdə isə USD/CHF cütlüyündə 0.9980 həddinə kimi eniş olacağı proqnozlaşdırılır.