Avrozonadan inflyasiya göstəricisi diqqət mərkəzində

04 Aprel 2018

Bu gün açıqlanacaq önəmli fundamental məlumatlar dünya birjalarında son günlər müşahidə edilən durğunluq güclü dalğalanma ilə əvəz edilə bilər.

Avrozonadan inflyasiya göstəricisi diqqət mərkəzində

Dünya birjalarında həftə ərzində açıqlanacaq önəmli fundamental məlumatlar öncəsi aparıcı valyutaların dollara nisbətən məzənnələrində zəif dalağalanma davam etməkdədir.


Bugünün gündəmində olan əsas göstəricilər isə saat 13:00-da Avrozonada inflyasiya, saat 18:00-da Amerikanın istehsal sektoru və saat 18:30-da neft ehtiyatları ilə bağlı statistik məlumatlardır. Bunlar arasında isə investorların daha böyük maraqla gözlədikləri göstərici Avrozona ilə bağlı göstəricidir. 


Qeyd etmək lazımdır ki, Avrozonada iqtisadi inkişafın artmasına baxmayaraq, inflyasiya fonunda risklər qalmaqdadır və dekabr-fevral aylarında isə 1.5%-dən 1.1%-ə kimi zəifləmə də müşahidə edilib. Lakin mütəxəssislər Avrozonanın inflyasiya göstəricilərində 1.4%-ə kimi yendən artım gözləyirlər və bu, özünü doğruldarsa, avronun bahalaşması da yenidən güclənə bilər. İnflyasiyanın baza indeksində də artım proznozları məsələni daha da cəlb edici edir. 


Avro 1.24 və Funt 1.41$-a kimi bahalaşa bilər. 

Son günlər avronun qiyməti 1.23$, funt sterlinq isə 1.40$-a ətrafında dalğalanmaqdadır. Texniki təhlillərə əsasən, avro 1.23$-ın üzərində möhkəmlənərsə, yenidən 1.24$-a kimi, eyni ilə funtun qiyməti də 1.40$-ın üzərində qaldıqca, 1.41$-a kimi bahalaşa bilər.


Brent nefti dolların təsiri altında. 

Enerji bazarlarında isə Avropanın Brent neftinin qiyməti 68$-a kimi ucuzlaşıb, lakin bu, daha çox dolların dünya birjalarında qismən bahalaşması ilə əlaqədardır. Bu baxımından, dolların yenidən ucuzlaşa biləcəyi fonunda Brent neftinin qiymətində də bahalaşma yenidən 71$-a kimi güclənə bilər.