Avrozonanın baza inflyasiyasında artım olmayıb

30 Noyabr 2017

Enerji bazarlarında neft qiymətlərinin bahalaşması, Avrozonada benzin və ərzaq məhsullarının bahalaşmasına təsir edib.

Avrozonanın baza inflyasiyasında artım olmayıb

Avropanın statistika mərkəzinin (ing.: "EuroStat") cümə axşamı açıqladığı statistik məlumatlara görə, Avrozonada işsizlik oktyabr ayında 8.9%-dən 8.8%-ə kimi azalıb, inflyasiyanın illik artım dinamikası isə noyabr ayında 1.4%-dən 1.5%-ə yüksəlib. İlk baxışda, elə bir təəssürat yarana bilər ki, işsizliyin oktyabr ayında artması, noyabr ayında da istehlak qiymətlərinin bahalaşmasına təsir edib. Lakin istehlak qiymətlərinin baza indeksində artım müşahidə edilməyib. Bu isə onu deməyə əsas verir ki, inflyasiyanın artması, noyabr ayında enerji bazarlarında neft qiymətlərinin bahalaşması ilə əlaqədardır. Belə ki, istehlak qiymətlərinin baza indeksinin illik artımı 0.9% səviyyəsində qərarlaşıb. Dünya enerji bazarlarında Avropanın Brent markalı neftinin bir barel qiyməti noyabr ayında 60-64$ aralığında ticarət edilib. 

Bununla yanaşı, nəzərə almaq lazımdır ki, bu gün noyabr ayı üzrə yayımlanan inflyasiya göstəriciləri ilkin hesablanma idi və yekun hesablanmanın dekabr ayının 18-də yayımlanması gözlənilir. 

Məlumatların açıqlanmasından sonra EUR/USD məzənnəsi ucuzlaşması 1.1809$-a kimi daha da güclənib.