Avrozonanın inflyasiya səviyyəsi açıqlanacaq

23 Fevral 2018

Texniki təhlillər EUR/USD qiymətində eniş dalğasının 1.2243 və 1.2222$, Brent neftində isə bahalaşmanın 68.68$-a kimi davam edə biləcəyini göstərir.

Avrozonanın inflyasiya səviyyəsi açıqlanacaq

Avro ucuzlaşmaqda davam edir. 

Dünya valyuta birjalarında avronun qiyməti 1.2352$-a kimi bahalaşsa da, yenidən ucuzlaşmağa başlayıb və 1.2243 və 1.2222$-a kimi də ucuzlaşa bilər. Bu gün Bakı vaxtı ilə saat 14:00-da açıqlanacaq Avrozonanın inflyasiya ilə bağlı önəmli fundamental məlumatlar da investorların diqqət mərkəzindədir və ticarət aktivliyinin daha da arta biləcəyi gözlənilir.

Neft qiymətlərində bahalaşma dalğası. 

Enerji bazarlarında isə Avropanın Brent markalı neftinin bir barel qiyməti artım dalğasını yenidən bərpa edib. 66.43$-a kimi dəyər qazanan Brent neftinin 64.16$-ın üzərində qaldıqca, 66.72 və 67.95$-a kimi də dəyər qazana biləcəyi proqnozlaşdırılır. Axşam saat 22:00-da yayımlanacaq Amerikanın neft platformalarının sayı ilə bağlı göstəricilər də neft qiymətlərinə güclü təsir edə bilər.