Avrozonanın ixracı daha sürətlə azalır

15 Fevral 2019

Beynəlxalq birjalarında Avrozonadan gözlənilən önəmli fundamental məlumatlar arasında xarici ticarət dövriyyəsi ilə bağlı göstəricilər zəif açıqlanıb.

Avrozonanın ixracı daha sürətlə azalır

Avrozonanın xarici ticarətdə gəlirləri dekabr ayında milyard 2 milyard avro azalıb. Eurostatın cümə axşamı açıqladığı rəsmi məlumatlara əsasən, Avrozonada xarici ticarət balansında müsbət saldo dekabr ayında 19.0 milyard avrodan 17.0 milyard avroya düşüb. 


Xarici ticarət balansı müəyyən dövr ərzində idxal ilə ixrac arasında fərqi göstərir. İdxal ixracı üstələyərsə, bu zaman mənfi saldodan (defisit), əksinə olduqda isə müsbət saldodan (profisitdən) danışılır.


Göstəricilərə əsasən, ixrac həcmi dekabr ayında 159.5 milyard avro, idxal həcmi isə 176.5 milyard avro olub. Hər iki göstərici üzrə azalma müşahidə edilsə də ixrac həcmi daha çox azalıb.