Avrozonanın müsbət saldosu azaldı

15 Yanvar 2020

Avrozonadan açıqlanan sənayə istehsalı göstəricisi məyus etməklə yanaşı, ticarət balansında müsbət saldo da ehtimal ediləndən daha sürətlə azalıb.

Avrozonanın müsbət saldosu azaldı

Avropanın statistika mərkəzinin çərşənbə günü yayımladığı rəsmi məlumatlara əsasən, noyabrda sənaye istehsalı 0.2% artıb və ticarət hesabında müsbət saldo 20.7 milyard avro olub. 

Oktyabrda isə sənaye istehsalı 0.9% azalmışdır, ticarət balansında müsbət saldo isə 28 milyard avro olmuşdur. 

İqtisadçılar noyabrda 0.3%-lik sənaye istehsalında artım və ticarətdə müsbət saldonun yalnız 23.3 milyard avroya kimi azalacağını proqnozlaşdırırdılar.