Avrozonanın müsbət saldosunda artım zəif olub

19 Fevral 2019

Beynəlxalq maliyyə bazarlarında Avrozonanın tədiyyə balansı ilə bağlı açıqlanan fundamental göstəricilər proqnozları doğrultmayıb.

Avrozonanın müsbət saldosunda artım zəif olub

Avrozonanın xarici əməliyyatlarında müsbət saldo dekabr ayında 7.4 milyard avro artıb. Avropanın statistika mərkəzi "EuroStat"-ın çərşənbə axşamı açıqladığı rəsmi məlumatlara əsasən, cari əməliyyatlar hesabında müsbət saldo dekabr ayında 25.6 milyard avrodan 33.0 milyard avroya yüksəlib. Mütəxəssislər isə 36.2 milyard avroya kimi artım proqnozlaşdırırdılar. 


Cari əməliyyatlar hesabı ticarət balansı ilə yanaşı pul transferlərini də nəzərdə tutan statistik sistemdir. 


Statistik göstəricilərin proqnozları altında açıqlanması, risklərin gözləniləndən çox artmasına işarədir. Avrozonada iqtisadi inkişaf dinamikasının cari ildə zəifləyə biləcəyinə dair  Avropa Mərkəzi Bankının, Avropa Birliyi komissiyasının və Almaniya Mərkəzi Bankının açıqlamaları da diqqət çəkicidir.