Avrozonanın sənaye sektorunda bədbinlik hökm sürür

01 Mart 2019

Beynəlxalq maliyyə bazarlarında bu gün böyük maraqla gözlənilən fundamental göstəricilər arasında işgüzar mühiti ölçən indeks mənfi açıqlanıb.

Avrozonanın sənaye sektorunda bədbinlik hökm sürür

Almaniyanın sənaye sektorunda bədbinlik dərinləşməkdə. Markit araşdırma mərkəzinin cümə günü açıqladığı məlumatlara əsasən, Avrozonanın sənaye sektorunda işgüzar aktivlik indeksi (ing.: "PMI") fevral ayında 49.3 punkta kimi 1.2 punkt azalıb. Bu, 2013-cü ilin iyul ayından bugünə kimi ən aşağı səviyyədir. 


İqtisadçılar ilkin hesablanmada sənaye sektorunda göstəricinin fevral ayında 50.5 punktdan 50.3 punkta kimi azalacağını proqnozlaşdırırdılar. Lakin göstərici 49.2 punkt açıldı. Bu gün dərc edilən ikinci hesablanmada isə fevral ayı üzrə göstərici 49.3 punkt yayımlanıb. Hər iki halda bu, 50.0 punktun altındadır və bədbinliyə işarədir. 


"PMI" (ing.: "Purchasing Managers Index") göstəricisi sahibkarlar arasında 10 mövzu ilə bağlı aparılan sorğu əsasında hazırlanır: Daxil olan sifarişlər, sifariş portfeli, ixrac əsaslı sifarişlər, idxal, istehsal, sifariş olunanların qəbulu, ehtiyat (anbar), müştəri portfeli, məşğuliyyət və qiymət. 


50.0-ın üzərində açıqlanan göstərici inkişafın dinamikası, 50.0-ın altında açıqlanan indeks isə böhran haqqında siqnaldır. 50.0 isə keçmiş göstərici ilə müqayisədə dəyişikliyin olmadığını göstərir.