Avrozonanın sənaye sektorunda qiymətlər kəskin düşüb

02 Aprel 2020

Avrozonada istehsal qiymətləri indeksi proqnozlaşdırılandan düşüb.

Avrozonanın sənaye sektorunda qiymətlər kəskin düşüb

Avropanın statistika mərkəzinin cümə axşamı açıqladığı rəsmi məlumatlara əsasən, istehsal qiymətləri indeksi fevral ayında aylıq müqayisədə 0.6%, illik müqayisədə isə 1.3% azalıb. 

Mütəxəssislər isə sözügedən göstəricilərin müvafiq olaraq mənfi 0.2 və mənfi 0.7% açıqlanacağını ehtimal edirdilər. 

Qeyd etmək lazımdır ki, istehsal qiymətlərinin azalması, sənaye sektorunda aktivliyin, istehsal məhsullarına tələbin azalmasını və ümumilikdə iqtisadi aktivliyin azalmasına göstərir.