Avrozonanın xidmət sektorunda sürpriz aktivlik

03 Aprel 2019

Avrozonanın xidmət sektorunda işgüzar aktivliyi ölçən göstərici proqnozlaşdırılanın əksinə olaraq artımla dərc edilib.

Avrozonanın xidmət sektorunda sürpriz aktivlik

Avrozonanın xidmət sektorunda biznes aktivliyini ölçən indeks (ing.: "PMI") mart ayında 53.3 punkt ilə 0.6 punkt artıb. Göstərici gələcəyə dair gözləntiləri ölçmək üçün önəmli hesab edilir. 


Bu göstərici fevral ayında 52.8 punkt idi və martda 52.7 punkta kimi azalması proqnozlaşdırılırdı. 


"PMI" (ing.: "Purchasing Managers Index") göstəricisi sahibkarlar arasında 10 mövzu ilə bağlı aparılan sorğu əsasında hazırlanır: Daxil olan sifarişlər, sifariş portfeli, ixrac əsaslı sifarişlər, idxal, istehsal, sifariş olunanların qəbulu, ehtiyat (anbar), müştəri portfeli, məşğuliyyət və qiymət. 


50.0-ın üzərində açıqlanan göstərici inkişafın dinamikası, 50.0-ın altında açıqlanan indeks isə böhran haqqında siqnaldır. 50.0 isə keçmiş göstərici ilə müqayisədə dəyişikliyin olmadığını göstərir.