Avrozonanın xidmət sektorundan müsbət siqnallar

05 Fevral 2019

2018-ci il Avrozona üçün çətin keçmiş və bunun təsiri fonunda ilin ilk günlərində gələcək gözləntilər zəifləsə də yenidən müsbət siqnallar gəlməyə başlayıb.

Avrozonanın xidmət sektorundan müsbət siqnallar

Avrozonanın xidmət sektorunda biznes aktivliyini ölçən indeks (ing.: "PMI") yanvar ayında dekabr ayının səviyyəsində - 50.2 punktda qalıb. Bu, müsbət qiymətləndirilə bilər, çünki mütəxəssislər 50.8 punkta kimi azalma proqnozşadırırdılar. Lakin ümumi göstərici 51.1 punktdan 51.0 punkta kimi azalıb. Burada da analitiklər 50.7 punkta kimi azalma ehtimal edirdilər. Göstərici gələcəyə dair gözləntiləri ölçmək üçün önəmli hesab edilir. 


"PMI" (ing.: "Purchasing Managers Index") göstəricisi sahibkarlar arasında 10 mövzu ilə bağlı aparılan sorğu əsasında hazırlanır: Daxil olan sifarişlər, sifariş portfeli, ixrac əsaslı sifarişlər, idxal, istehsal, sifariş olunanların qəbulu, ehtiyat (anbar), müştəri portfeli, məşğuliyyət və qiymət. 50.0-ın üzərində açıqlanan göstərici inkişafın dinamikası, 50.0-ın altında açıqlanan indeks isə böhran haqqında siqnaldır. 50.0 isə keçmiş göstərici ilə müqayisədə dəyişikliyin olmadığını göstərir. 


Qeyd etmək lazımdır ki, Avropa Birliyi ilə İngiltərə höküməti arasında Breksit prosesinin razılaşdırılması istiqamətində danışıqların çətin şəraitdə davam etməsi, ABŞ ilə Çin arasında ticarət münasibətlərinin pozulması və nitəcədə dünya iqtisadiyyatında aktivliyin zəifləməsi, Avrozona iqtisadiyyatına da mənfi təsir etməkdədir və 2018-ci il çətin il olub.