Avstraliya dolları Çindən gələn xəbərlərlə ucuzlaşmışdı

25 Fevral 2019

Beynəlxalq maliyyə bazarlarında Çindən gələn xəbərlərin dövlət tərfindən təkzib edilməsi, Avstraliya dolları ilə treyd edənlər üçün önəmli məlumatdır.

Avstraliya dolları Çindən gələn xəbərlərlə ucuzlaşmışdı

Avstraliya dolları ötən həftə sürətli enişdən sonra yenidən öz mövqeyini bərpa etməyə çalışır.


Keçən həftə Çinin sənaye mərkəzinə xidmət edən əsas limanlardan birinin Avstraliya kömürünün idxalını qadağan etməsi barədə məlumat yayılmışdır. Xəbər AUD/USD cütlüyü qiymətinin 0.7068 dollara kimi dəyər itirməsinə səbəb olmuşdur.


Sonradan Çin xarici işlər nazirliyinin sözçüsü Geng Şuang cümə günü mətbuat konfransında məlumatı təkzib edib.


Bu açıqlamadan sonra AUD/SUD cütlüyü 0.7158 dollara qədər dəyər qazanmağa müvəffəq olub.