Avstraliya dollarında 0.8%-lik ucuzlaşma

06 Dekabr 2017

Avstraliyanın iqtisadi inkişaf səviyyəsi ilə bağlı məlumatlardan sonra AUD/USD məzənnəsi 0.7571$-a kimi ucuzlaşıb.

Avstraliya dollarında 0.8%-lik ucuzlaşma

Avstraliyada iqtisadi inkişaf sentyabr ayına kimi üç ay ərzində 105-ci rübdür və ya 26 ildir davam edir. Belə ki, bu müddət ərzində iqtisadiyyatda böhran müşahidə edilməyib. Lakin digər tərəfdən artım dinamikası azalıb və statistik göstəricilər analitiklərin gözləntilərindən zəif açıqlanıb. Buna səbəb istehlak xərclərində zəifləmədir. Bu isə yüksək iqtisadi tendensiyaya baxmayaraq, Avstraliya Mərkəzi Bankının uçot faiz dərəcəsini artırmayacağını gözləməyə əsas verir.

Avstraliyanən statistika idarəsinin çərşənbə günü açıqladığı məlumatlara əsasən, ölkədə ÜDM rüblük müqayisədə 0.6%, illik müqayisədə isə 2.8% artıb. Xatırlatmaq lazımdır ki, ikinci rübdə rüblük inkişaf 0.9% olmuşdur. Analitiklər də rüblük və illik artımın müvafiq olaraq 0.7 və 3.0% olacağını proqnozlaşdırırdılar. 

Məlumatların açıqlanmasından sonra AUD/USD məzənnəsi 0.7571$-a kimi 0.8% ucuzlaşıb. Ümumiyyətlə, təhlillər onu göstərir ki, son bir həftədir AUD/USD qiyməti iki dəfə 0.7628 səviyyəsini yuxarı istiqamətdə qırsa da, üzərində möhkəmlənməkdə çətinlik çəkir. 

Qeyd etmək lazımdır ki, hər hansı bir iqtisadiyyatda iki dəfə ard-arda rüblük azalma olarsa, bu zaman iqtisadçılar böherandan danışırlar.