Avstraliya dollarından gözlənilməz bahalaşma

07 May 2019

Beynəlxalq maliyyə bazarlarında Avstraliya dollarının bahalaşması və buna səbəb olan amillər investorların diqqət mərkəzindədir.

Avstraliya dollarından gözlənilməz bahalaşma

Avstraliya Mərkəz Bankının qərarının 1.50% səviyyəsində dəyişməz qalması investorlar üçün sürpriz bir məlumat oldu ki, bu da AUD-nın sürətli bahalaşmasına səbəb oldu. Bir sıra ekspertlər hesab edirdilər ki, mərkəzi bank iki həftə sonra keçiriləcək seçkilər ərəfəsində hər hansı bir dəyişiklik etməkdən çəkinəcək. Ancaq Avstraliyanın Mərkəz Bankının rəhbəri Philippe Leuve çıxışında iqtisadiyyatda yumşaq monitar siyasətə keçid üçün inflyasiyanın hədəf səviyyəsinə gətirilməsi və əmək bazarı vəziyyətinin daha da yaxşılaşdırılmasının zəruriliyini qeyd etdi, lakin növbəti rüblərdə siyasətin yumşaldılması perspektivləri haqqında heç bir məlumat vermədi.