Avstraliya iqtisadiyyatı daha çox zəifləyib

06 Mart 2019

Beynəlxalq maliyyə bazarlarında Avstraliya iqtisadiyyatının proqnozlaşdırılandan daha sürətlə zəifləməsi, investorların diqqət mərkəzində.

Avstraliya iqtisadiyyatı daha çox zəifləyib

Avstraliya iqtisadiyyatı 2018-ci ildə 2.3% böyüyüb və bu göstərici 2017-ci ildə 2.4% idi. 


Avstraliyanın statistika idarəsinin çərşənbə günü açıqladığı rəsmi məlumatlara əsasən, ümumi daxili məhsul dördüncü rübdə rüblük müqayisədə 0.2%, illik müqayisədə isə 2.3% artıb. Bu göstəricilər üçüncü rübdə müvafiq olaraq 0.3 və 2.8% olduqdan sonra analitiklər rüblük müqayisədə dinamikanın 0.5%-ə yüksələcəyini, illik dinamikanın isə yalnız 2.5%-ə kimi azalacağı proqnozlaşdırılırdı.


ÜDM ölkədə müvafiq dövr ərzində istehsal olunan mal və xidmətlərin dəyəridir və ölkə iqtisadiyyatının gücünü əks etdirir. 


Qeyd etmək lazımdır ki, çərşənbə axşamı Avstraliya mərkəzi bankı (ing.: "RBA") büdcə gəlirlərinin az olmasını və mənzil qiymətlərinin düşməsinin iqtisadiyyat üçün önəmli risklər hesab edir. Ölkə iqtisadiyyatı hal-hazırda investisiyaların və dövlət xərclərinin artması ilə ayaqda saxlanılır.