Avstraliya mərkəzi bankı faiz endirmək istəyir

21 May 2019

Beynəlxalq maliyyə bazarlarında Avstraliya mərkəzi bank sədrinin faiz endirimi haqqında açıqlamaları investorların diqqət mərkəzindədir.

Avstraliya mərkəzi bankı faiz endirmək istəyir

Avstraliya mərkəzi bankının sədri Filip Lov iqtisadi vəziyyət və pul siyasəti mövzusunda danışarkən, faiz endirimi imkanlarını iyun ayında müzakirə edəcəklərini deyib. 


Əmək bazarının daha da yaxşılaşdırılmasına, işsizliyin 5%-in altına salınmasına ehtiyac olduğunu vurğulayan sədr, aşağı faizlərin məşğulluğu artıracağını və inflyasiyanı hədəfə doğru artıracağını deyib.