"RBA" inflyasiyada artım proqnozlaşdırır

02 Aprel 2019

Beynəlxalq maliyyə bazarlarında böyük maraqla gözlənilən Avstraliya mərkəzi bankının faiz qərarından sonra açıqlamaları yayımlanıb.

"RBA" inflyasiyada artım proqnozlaşdırır

Avstraliya mərkəzi bankının (ing.: "RBA") faiz qərarından sonra verdiyi açıqlamalar aşağıdakılardır. 


 - Əmək bazarı olduğu kimi güclüdür;


 - Aşağı qiymətlər iqtisadiyyata dəstəkdir;


 - Əmək haqlarında artım müsbət qarşılanan inkişafdır;


 - İşsizlik və inflyasiya ilə mübarizədə irəliləyişlər müşahidə edilir;


 - İnflyasiya aşağı və stabildir;


 - 2019-ci ildə 2.00%, 2020-ci ildə isə 2.25%-lik inflyasiya proqnozlaşdırılır;


 - Sidney və Melburndə daşınmaz əmlak bazarı zəifdir;


 - Kredit şərtləri bəziləri üçün sərtləşdirilib;


 - Zamanla əmək haqlarında artım proqnozlaşdırılır, lakin mərhələli prosesdə. 


Qeyd etmək lazımdır ki, "RBA" uçot faiz dərəcəsini 1.5% səviyyəsində saxlayıb.