Avstraliyada büdcə profisitə çıxa bilər

02 Aprel 2019

Beynəlxalq maliyyə bazarlarında Avstraliyada büdcənin 12 illik defisit nəticəsindən sonra 2019-2020-ci illər ərzində profisitə çıxacağı proqnozlaşdırılır.

Avstraliyada büdcə profisitə çıxa bilər

Avstraliya höküməti 2019-2020-ci illər üzrə dövlət büdcəsini 5 milyard dollarlıq büdcə profisiti proqnozu ilə təqdim edib. 2020-2021-ci illər üzrə proqnoz isə 7.8 milyard dollardır. 


Bununla yanaşı, hökümət 2019-2020 və 2021-2022-ci illər ərzində 2.75%-lik iqtisadi inkişaf ehtimal edirlər. İnflyasiyanın isə birinci hesabat illəri ərzində 2.25%, ikinci dövrdə 2.50% olacağı proqnozlaşdırılır. 


112 milyard dollara kimi isə vergilərin azaldılması planlaşdırılır.