Avstraliyada inflyasiya 1.3%-ə düşdü

24 Aprel 2019

Avstraliyada istehlak qiymətləri indeksi birinci rübdə proqnozlaşdırılandan daha sürətlə azalıb.

Avstraliyada inflyasiya 1.3%-ə düşdü

Avstraliya hökümətinin çərşənbə günü verdiyi məlumatlara əsasən, istehlak qiymətləri indeksi birinci rübdə rüblük müqayisədə artmayıb və beləliklə, artım dinamikası keçən ilin birinci rübü ilə müqayisədə 1.3%-ə düşüb. 


İllik göstərici dördüncü rübdə 1.8% idi və iqtisadçılar yalnız 1.5%-ə kimi azalma proqnozlaşdırırdılar. Rüblük artım dinamikasının isə 0.5%-dən yalnız 0.2%-ə kimi azalması ehtimal edilirdi.