Avstraliyada işsizlik azaldı

24 Yanvar 2019

Avstraliyada işsizlik səviyyəsinin azalması xəbəri, beynəlxalq valyuta birjalarında Avstraliya dollarının 0.4% bahalaşmasına səbəb olub.

Avstraliyada işsizlik azaldı

Avstraliyanın statistik mərkəzinin açıqladığı rəsmi məlumatlara əsasən, məşğul olanların sayı dekabr ayında 21 600 nəfər artaraq, ümumi işsizlik səviyyəsinin 5.1%-dən 5.0%-ə kimi azalmasına səbəb olub. 


Ölkədə işsizlik səviyyəsinin azalması, ümumilikdə iqtisadi vəziyyətə müsbət təsir etməklə, uzun müddətli perspektivdə ölkə valyutasına olan tələb də artır. Bununla yanaşı, ölkənin mərkəzi bankının belə bir vəziyyətdə faiz dərəcələrində artıma getməsi nəticəsində ölkə valyutası daha da bahalaşır. 


Məlumatların açıqlanmasından sonra, AUD/USD məzənnəsi Asiya sessiyasında 0.7166$-a kimi 0.4% bahalaşmışdır.