Avstraliyadan tarixi rekord göstərici

05 Fevral 2019

Avstraliya iqtisadiyyatına dair açıqlanan müsbət fundamental məlumatlar bu gün investorların diqqət mərkəzində ola bilər.

Avstraliyadan tarixi rekord göstərici

Avstraliyanın milli statistika idarəsinin çərşənbə axşamı açıqladığı rəsmi məlumatlara əsasən, ölkənin xarici ticarət dövriyyəsində müsbət saldo dekabr ayında 3.681 trilyon dollara kimi artaraq, tarixi rekordunu yeniləyib. 


Qeyd etmək lazımdır ki, Avstraliya iqtisadiyyatının 2018-ci ilin üçüncü rübündə illik inkişaf səviyyəsi 2.8% olmuşdur. İnflyasiya isə gözlənilənlərdən yaxşı açıqlanmışdı - 1.8%. Beləliklə, ölkədə iqtisadi inkişaf yaxşı səviyyədə, inflyasiyanın isə Avstraliyə Mərkəzi Bankının hədəflədiyi 2%-in ətrafındadır. Avstraliyanın fond indeksi "ASX200" də dekabr ayından etibarən bahalaşaraq, 2018-ci ilin önəmli müqavimət səviyyəsi sayılan 5 942.00 punktu da qırmaq üzrədir. 


Lakin ümumilikdə Avstraliya iqtisadiyyatı da dünyada baş verən siyasi və iqtisadi hadisələr fonunda mənfi təsirlənməkdə və buara da risklər qalmaqdadır.