Avstriya: AMB-nin qərarı müvəqqəti olmalıdır

13 Sentyabr 2019

Beynəlxalq birjalarda Avropa Mərkəzi Bankının yeni maliyyə qərarının tənqidlərlə qarşılanması "Buğaları" küsdürə bilər.

Avstriya: AMB-nin qərarı müvəqqəti olmalıdır

Avstriya Mərkəzi Bankının yeni sədri Robert Holçman Avropa Mərkəzi Bankının (AMB) yeni yumşaq monetar siyasəti fonunda şübhələrini dilə gətirib. "Bunu belə düşünən bəzi insanlar kimi mən də bununla razıyam", deyə Holçman "Blumberq"-də AMB tərəfindən cümə axşamı verilən qərarın səhv olub-olmamasına dair sualı cavablandırarkən deyib. 

"Bəzi insanlar" ilə Holçman AMB-nin idarə heyətində təmsil olunan əməkdaşlarını nəzərdə tuta bilər. Mətbuatda yayılan xəbərlərə əsasən, sözügedən əməkdaşlar tərəfindən qərara qarşı böyük müqavimət olub. Belə ki, Holçman ilə yanaşı, Almaniya, Fransa, Hollandiya və Estoniya istiqraz alışı proqramına (QE) qarşı olublar. 

Lakin sədr gələcəkdə monetar siyasətdə dəyişiklik fonunda da ümidlidir: "Ümid edirəm ki, bu yeganə yol deyildir və müzakirələr üçün başqa imkanlar da mövcuddur". Bank artıq sıfır faiz siyasətindən aralanmalıdır və daha dərin əmanət faizləri səhv yoldur, dayanıqlı hesab edilmir. AMB cümə axşamı əmanətlər üzrə məhdudlaşdırma faizini mənfi 0.4%-dən mənfi 0.5%-ə yüksəltmişdir. 

Qeyd etmək lazımdır ki, noyabr ayında AMB-nin yeni sədri kimi Kristin Laqarde səlahiyyətlərinə başlayacaqdır. Bundan öncə isə gələcək sədr parlament qarşısında yumşaq monater siyasətin daha da dərinləşdiriməsinin tərəfdarı olduğunu bildirmişdir. Lakin bununla yanaşı, Laqarde mənfi faizlərin mənfi təsirləri ilə mübarizə aparmağın önəmli olduğunu bildirmişdir. Bu istiqamətdə AMB də cümə axşamı mərhələli faizin tətbiqini qərara almışdır.