Az sonra açıqlanacaq "NFP" xəbəri nə vəd edir?

04 Oktyabr 2019

Məşğulların sayında artım nə qədər çox olarsa, bir o qədər dollar aktivlərinə maraqlar arta bilər.

Az sonra açıqlanacaq "NFP" xəbəri nə vəd edir?

Bu gün ABŞ-dan açıqlanacaq işsizlik və "NFP"  ilə bağlı önəmli göstəricilər, dünya birjalarında dalğalanmanı gücləndirə bilər.  Dünya valyuta birjalarında EUR/USD məzənnəsi bu gün Amerikadan açıqlanacaq önəmli fundamental məlumatlar öncəsi 1.0970$-a ticarət edilməkdədir. USD/TRY məzənnəsi isə 5.69TL-yə təklif edilir. Əlvan metallar bazarlarında qızılın bir unsiya üzrə qiyməti 1507$-a ticarət edilir. Bakı vaxtı ilə saat 16:30-da dərc ediləcək önəmli statistik məlumatlar özündə Amerikanın işsizlik və sentyabr ayı ərzində məşğulların sayında dəyişikliyi ehtiva edir. 

Fundamental göstəricilər haqqında ümumi məlumat. Əmək bazarı ilə bağlı ABŞ-dan açıqlanacaq önəmli fundamental göstəricilər hər ayın ilk cümə günü dərc olunur. Bu göstəricilər investorlar tərəfindən diqqətlə izlənilir və beynəlxalq maliyyə bazarlarında güclü dalğalanmalara səbəb olur. Əmək bazarı ilə bağlı göstəricilər arasında işsizlik səviyyəsi və qeyri-kənd təsərrüfatı sektorunda məşğulluq sayındakı dəyişiklik (ing. "NFP") yer tutur. "NFP" bu göstəricilər arasında xüsusi çəkiyə malikdir. Belə ki, investorlara qiymət istiqamətini proqnozlaşdırmağa imkan yaradır.

Nə gözlənilir? Sentyabr ayı üzrə açıqlanacaq göstəricilər arasında işsizlik səviyyəsi 3.7%, məşğulluq səviyyəsində 140 000 nəfərlik artım proqnozlaşdırılır. Proznozlaşdırılan işsizlik faizi tam məşğulluğun olduğuna işarədir. Məşğulların sayında artım nə qədər çox olarsa, bir o qədər dollar aktivlərinə maraqlar arta bilər.