Azalan risk iştahı fonunda neftdəki proqnozlar

07 Noyabr 2019

İlkin razılaşmanın imzalanmasının spekulyasiya olduğu üçün və real addımlar olmadığı təqdirdə, neftin qiymətlərində bahalaşma məhdud ola bilər.

Azalan risk iştahı fonunda neftdəki proqnozlar

Çərşənbə axşamında da neft qiymətləri bahalaşaraq ardıcıl üçüncü gün artımlarını davam etdirdi. İnvestorlar üç gündür neft və neft məhsullarının ötən həftənin 4-cü günündən təqribən 6% bahalaşmasının səbələrini sorğulayır.

Əlbəttə ki, bütün bazar iştirakçıları qiymət hərəkətinin əsas hərəkətverici qüvvəsini bilirdilər. Amma bahalaşmaya qarşı duranları narahat tək bir sula isə bu idi: “Tək bir utopik xəyal bazara təsirini nə qədər davam etdirə bilər?”.

Bu xəyal isə ABŞ - Çin ticarət sözləşməsinin ilk mərhələsidir. Bu gözlənti cümə gününden bu yana büyün xəbərlərin və analitik yazıların əsas başlığı oldu. Sadəcə "S&P500" və "NASDAQ" indeksleriniənənəvi rekord hədlərinə daşımaqla yanaşı, eyni zamanda Dow JONES indeksini də tarixinin ən yüksək zirvələrinə qaldırdı.

İki ölkənin rəsmiləri son günlər sazişlə bağlı mediada spekulyasiyaların artırılmasına çalışırlar.

Həftənin əvvəlindənhər iki tərəfin adının açıqlanmasını istəməyən təmsilçiləri gömrük vergilərinin gözləniləndən daha çox azaldılacağını mətbuata sızdırdı. Bu sızıntılar da səhm bazarında rekord səviyyələri yaratdı və neft qiymətlərini də bahalaşdırdı.

Səhm bazarındakı risklərə qarşı sığorta rolunu oynayan qızıl belə ucuzlaşmaq yerinə dəyər 1480 hədlərində stabilliyini qorudu.

Xüsusilə, “West Texas Intermediate” və “Brent” şirkətlərinin performansı, müqavilənin ilk hissəsinin yalnız imzalanma mərhələsini gözlədiyini və milyonlarla barel xam neft və əlaqəli məhsul tələbinin bazara çıxacağı siqnallarını verdi.

Ancaq bu hələ baş vermədi - ticarət razılaşması hələ tamamlanmamış və göstərilən tələb hələ ortaya çıxmamışdır. Buna baxmayaraq “neft buğaları”nın niyə bu qədər həyəcana qapıldıqlarına bir məna vermək çox çətindir.

Xam neft qiymətlərini 50%-ə qədər yüksəltən ilin başlanğıcının ardından neft, birjalarda çox sürətlə güc itirdi.

Sentyabr ayında Səudiyyə Ərəbistanında neft zavodlarına edilən hücumun həyəcanı belə sadəcə bir neçə gün davam etdi.

ABŞ-Çin arasındakı ticarət razılaşması birjalarda uzunmüddətli alışlar gözləyən investorlar üçün qırılma nöqtəsi ola bilər.

“Rystad Energy”-ə görə ticarət müharibəsi 2019-cu ildə neft tələbinin günlük  1.4 milyon barelden 1.2 milyon barelə azalmasının arxasında duran əsəs səbəb idi.

Qərbdə enerji istehlakçılarının müşahidəçisi kimi fəaliyyət göstərən Beynəlxalq Enerji Agentliyi ABŞ-Çin ticarət müharibəsi kimi qlobal makroiqtisadi narahatlıqlara diqqət çəkərək 2019 və 2020-ci illər üçün neft tələbini günlük 100.000 barelə qədər azaltmışdı.

Bununla yanaşı, "OPEC" xam neft və digər maye enerji yanacaqlarının 2019-cu ildə gündəlik 35 milyon barel olan neft tələbinin 2024-cü ilə qədər gündə 32.8 milyon barelə enəcəyini gözlədiyini açıqladı. "OPEC"-in açıqlaması qiymət artımlarını dəstəkləmək üçün hasilatın azaldılmasına don geyindirmək cəhdi kimi görülsə də bazar şərtləri tələb edərsə, kartel yenidən hasilatı artıra bilər.


Ticarət razılaşması neft qiymətlərini silkələyə bilər. 

Dünyanın ən böyük iki iqtisadiyyatı uzunmüddətli bir razılaşma əldə edərsə, neft qiymətləri ilə nə baş verə biləcəyini düşünməyə dəyər. Son bir ildə ticarət müharibəsi, qlobal iqtisadi yavaşlama və tələb artımının zəifləməsi qorxuları səbəbindən neft çox ciddi şəkildə dəyər itirdi.

Bu qorxular əsassız çıxar, tərəflər razılaşmaya imza atarlarsa, birjalarda tələtümə səbəb ola bilər.

Ötən həftə ABŞ-ın xam neft ehtiyatları ilə bağlı ilkin məlumatlarında artım qeydə alınsa da Asiya sessiyasındaki yüngül enişlərdən sonra son üç gündə 6% artım həqiqətən ciddi bir göstərici kimi xarakterizə edilir.

Dünən ABŞ-dan bu həftə üçün gözlənilən xam neft ehtiyatları 1.515 milyon barel gözlənsə də 7.929 milyon barel artımla açıqlansa da 1.5 dollarlıq enişlə kifayətləndi.

Bir məsələni vurğulamaq lazımdır ki, neftin bir ticarət razılaşması ehtimalı səbəbilə artımları məhdud ola bilər.

Bəzi ziddiyyətli artım kombinasiyalarının üst-üstə rekordlara səbəb ola bildiyi və hətta bunu uzunmüddətli davam etdirə bilən səhm bazarından fərqli olaraq  xam neft tələb və təklif münasibətlərindən asılı olan spesifik ticarət aktividir.

Səhm bazarında zəiflədəcək, bütün tarazlıqları pozacaq real bir addım atılmadan neftdə sadəcə sözün bir təsir gücü yoxdur və ya müvəqqətidir. Arxasında real addımların dayanmadığı sözlər sonda neft birjalarında yenidən ciddi enişlərə səbəb ola bilər.