"Bank Rossii": Faiz endirimi və USD/RUB bahalaşması

06 Sentyabr 2019

Beynəlxalq maliyyə bazarlarında bu gün böyük maraqla gözlənilən xəbərlərdən biri də Rusiya mərkəzi bankının faiz qərarı idi.

"Bank Rossii": Faiz endirimi və USD/RUB bahalaşması

Rusiya mərkəzi bankı ("Bank Rossii") maliyyə bazarlarında proqnozlaşdırıldığı kimi uçot faizində azaldılmaya getdi. Bu, USD/RUB məzənnəsində bahalaşmanın yenidən güclənməsinə səbəb ola bilər. 

Rusiya mərkəzi bankının cümə günü açıqladığı rəsmi məlumatlara əsasən, uçot faizi 7.25%-dən 7.00%-ə kimi azaldılıb. Mütəxəssislər də 0.25%-lik azaldılma ehtimal edirdilər. 

Beynəlxalq valyuta birjalarında gün ərzində ucuzlaşan USD/RUB məzənnəsinin 65.34 rubla kimi də ucuzlaşa biləcəyi proqnzolaşdırılır. Lakin cari ucuzlaşma ilin ikinci yarısının başlaması ilə başlayan artım dalğasının korreksiyası kimi qiymətləndirilir. Beləliklə, Dollar/Rub məzənnəsinin 65 rublda yenidən dəstək görərək, bahalaşa bilər. 

Artım istiqaməti üzrə növbəti həfələr 66.99 və 64.14 rubldur.