Banklar sərt "BREXIT"-ə hazır deyillər

25 İyun 2018

İngiltərənin Avropa Birliyindən ayrılması fonunda Londonda fəaliyyət göstərən banklara qarşı qoyulan tələblərin icrası ləng gedir.

Banklar sərt "BREXIT"-ə hazır deyillər

Avropa Birliyinin bank nəzarəti təşkilatının ("EBA") qiymətləndirməsinə əsasən, əksər banklar sərt "BREXIT"-ə hazır deyil. "EBA"-nın bazar ertəsi verdiyi açıqlamasında planların bir çox sahələrdə sürətləndirilməsi və lazımi tədbirlər üçün vaxtın azaldığı göstərilib


İngiltərənin AB-dən ayrılması prosesi Londonda fəaliyyət göstərən şirkətlər üçün bir problem ilə qarşı-qarşıya qoyur. O da AB-də xidmət vermək istəyən şirkətlərin AB-də bir filialın açılması tələbidir. İngiltərə höküməti ilə Brüssel arasında danışıqlar üçün nəzərdə tutulan iki illik müddət 2019-ci ilin mart ayında bitir. Müddətin əlavə olaraq artırılması isə sual altındadır. 


Məlumatın açıqlanması, dünya valyuta birjalarında funt sterlinq və həmçinin avronun qiymətinə mənfi təsir edə bilər. İngiltərə və Avrozona iqtisadiyyatının önəmli subyektləri olan bankların işlərində ləngimə ümumilikdə iqtisadi inkişafın da ləngiməsinə və qeyri-müəyyənliyin artmasına təsir edir.