Bazar ertəsi maliyyə bazarlarında volatillik yüksəlib

25 Fevral 2019

Beynəlxalq maliyyə bazarlarında ABŞ-Çin böhranının həlli istiqamətində yayılan istənilən xəbər, investorların diqqət mərkəzindədir.

Bazar ertəsi maliyyə bazarlarında volatillik yüksəlib

Yeni həftənin başlaması ilə bazarda riskə marağın güclənməsi qeydə alınıb. 

 

Bu ABŞ prezidenti D. Trampın Çinlə aparılan danışıqların gedişatından razı qaldığı barədə tvitt yazması ilə bağlı olub. O qeyd edib ki, Çinlə aparılan danışıqlarda müsbət nəticələrin əldə edilməsi ilə əlaqədar olaraq, 1 marta kimi razılaşdırılan “sülh dövrünün” son tarixi uzadılması ilə əlaqədar qərar verib.

 

Prezident həmçinin onu qeyd edib ki, tərəflər arzu olunan istiqamətdə hərəkətə davam edərlərsə, ölkə rəhbərlərinin görüşündən sonra dünyanın ən böyük sazişi imzalana bilər.

 

Maliyyə bazarlarında ilk lider arasında görüşün martın 3 və ya 4-cü həftəsində keçiriləcəyi gözlənilir və bu müddətə qədər Trampın gömrük rüsumlarının artırılması qərarını dayandıra bilər.