Bazarlarda zəif hərəkətlilik saat 22:00-da yüksək hərəkətliliklə əvəz oluna bilər

27 İyul 2016

Bu gün Bakı vaxtı ilə saat 22:00-da ABŞ Federal Ehtiyat Sisteminin faiz qərarı açıqlanacaq və həmin saatda FED-in mətbuat konfransı da olacaqdır

Bazarlarda zəif hərəkətlilik saat 22:00-da yüksək hərəkətliliklə əvəz oluna bilər

Bu gün Bakı vaxtı ilə saat 22:00-da ABŞ Federal Ehtiyat Sisteminin faiz qərarı açıqlanacaq və həmin saatda FED-in mətbuat konfransı da olacaqdır.

 

Dünya maliyyə bazarları FED-in faiz qərarında dəyişiklik gözlənilməsə də, mətbuat konfransı böyük maraqla gözlənilir. FED sədri Janet Yellenin dünya iqtisadiyyatında rikslər, Amerikada inflyasiya, işsizlik, iqtisadi inkişaf və faiz artımı gözləntiləri haqqında deyəcəkləri önəmli sayılır.

 

Valyuta birjalarında isə son iki gündür zəif hərəkətlilik müşahidə edilir və bu vəziyyət FED-in faiz qərarına kimi davam edə bilər. Mətbuat konfransı zamanı isə yüksək hərəkətliliyin şahidi ola bilərik.