Berlin və Paris sənaye nəhəngləri qurur

20 Fevral 2019

Beynəlxalq maliyyə bazarlarında Avrozona iqtisadiyyatında müsbət impulslara səbəb ola biləcək hadisələr investorların diqqət mərkəzindədir.

Berlin və Paris sənaye nəhəngləri qurur

Dünyanın 40 böyük konsernlərindən 5-i Avropadandır. Bu isə Almaniya və Fransa hökümətləri üçün bir işarədir və birgə sənaye siyasəti ilə trans milli şirkətlər yaratmaq istəyirlər. 


Almaniya və Fransa yeni sənaye strategiyası ilə süni intellekt və batareya istehsalı kimi önəmli sektorlarda geridə qalmanın qarşısını almağa çalışırlar. "Biz güclərimizi birləşdirməliyik", deyə Almaniyanın iqtisadiyyat naziri Peter Altmayer Brelində fransalı həmkarı ilə görüşü fonunda açıqlama verib. Görüşdə hər iki tərəf "manifest" imzalayıb. 


Avropa Birliyində rəqabət qanunlarında da islahatlar da planlaşdırılır. Le Meir qaydaların köhnə olmasını vurğulayıb. Məqsəd isə "avropalı çempionlar" yaratmaqdır. 


Qeyd etmək lazımdır ki, AB-nin daxili qaydaları fonunda Siemens ilə Alstrom arasında birləşmə niyyətinin uğursuz olması sözügedən görüşün olmasına təkan olub.