10.10.2019 Birjalarda qarışıq gözləntilər

10.10.2019
Beynəlxalq Birjalarının cari vəziyyəti ilə bağlı xəbərdar olmaq üçün bizi izləyin

10.10.2019 - InvestAZ İnvestisiya Şirkətinin analitiki İlkin Alıyev dünya birjalarında cari vəziyyət haqqında danışır. 



Birjalarda qeyri-müəyyənlik. 

Beynəlxalq maliyyə bazarlarında Amerikanın daxili siyasi vəziyyəti, ABŞ və Çin arasında bu gün başlayacaq növbəti ticarət böhranı müzakirələri və Breksit ilə bağlı qarışıq gözləntilər riskli volatilliyin artmasına səbəb olub. 

EUR/USD təqribən son iki həftənin maksimum, GBP/USD məzənnəsi isə minimum səviyyələrində ticarət edilməkdədir. 


Böyük Britaniyadan iqtisadi inkişaf və sənaye sektoru göstəriciləri. 

Bu gün Bakı vaxtı ilə saat 12:30-da Böyük Britaniyadan açıqlanacaq önəmli iqtisadi göstəricilər də investorların diqqət mərkəzindədir. Proqnozlar ada iqtisadi inkişafın və sənaye istehsalının azalmasına işarədir. 


ABŞ-dan inflyasiya açıqlanacaqdır. 

Bununla yanaşı, saat 16:30-da ABŞ-dan dərc ediləcək inflyasiyaya dair önəmli fundamental məlumatlar da böyük maraqla gözlənilməkdədir. İnflyasiyanın 1.7%-dən 1.8%-ə yüksəlməsi proqnozlaşdırılır. 

Çinin baş nazir müavinin başçılıq edəcəyi nümayəndə heyətinin bu gün Vaşinqtonda önəmli Amerikalı nazirlərlə görüşü və açıqlamaları da birjalarda ticarət aktivliyinə təsir edəcəkdir.