Bitkoin Amerika-Çin gərginliyi fonunda ucuzlaşır

04 May 2020

Kriptovalyuta birjalarında Bitkoinin qiyməti 9460$ səviyyəsində müqavimətlə ratlaşıb.

Bitkoin Amerika-Çin gərginliyi fonunda ucuzlaşır

Bitkoinin qiymətində sonuncu eniş dalğası mart ayının əvvəlində 4001$ səviyyəsində dəstəklə rastlaşdıqdan sonra ayın 13-də bahalaşmağa başlamışdır Lakin aprel ayının 30-da BTC/USD məzənnəsi 9460$-da müqavimətlə rastlaşaraq, ucuzlaşmağa, korreksiyaya başlayıb və hazırda 9000$ altında ticarət edilməkdədir. 

Buna səbəb isə Amerika ilə Çin arasında COVİD-19 fonunda siyasi gərginliyin daha da dərinləşməsidir. Amerika hökümətinin Koronavirusa dair informasiyanı gizlətdiyinə dair Çini ittiham etməsi və beləliklə iki ölkə arasında siyasi böhranın böyüməsi, qlobal iqtisadi güclər arasında ticarət böhranının da böyüməsinə səbəb olur. 

ABŞ və Çin arasında siyasi və iqtisadi böhranın genişlənməsi, kriptovalyuta bazarına da mənfi təsir edir. 

Qeyd etmək lazımdır ki, Bitkoin bazarında aprel ayının 28-də Çin Mərkəzi Bankının milli kriptovalyuta sınaqlarını keçirməsi xəbərlərini rəsmi olaraq təsdiq etməsindən sonra güclü artım dalğası müşahidə edilmişdir.