Bitkoindən sürətli ucuzlaşma

11 May 2020

Beynəlxalq kriptovalyuta birjalarında sonuncu Bitkoin ucuzlaşma dalğasının əsasında "Halving" dayanır.

Bitkoindən sürətli ucuzlaşma

Bitkoinin qiyməti bir blokun hesablanmasına görə əldə edilən mükafatın 50% azaldılması - Bölünmə (ing.: "Halving") öncəsi ucuzlaşmağa başlayıb.

Cümə günü Bitkoinin qiyməti 10000$-ı qırdıqdan sonra əksər investorlar həftə sonu bitkoinlərini satıblar və bu qiymətin 8563$-a kimi ucuzlaşmasına səbəb olub. 

Beləliklə, investorlar kursun təklifin daha aşağı artım dinamikası fonunda bahalaşacağını proqnozlaşdırırlar. Bununla yanaşı, sözügedən yuxarıdaki ucuzlaşma tendensiyadan və satış əməliyyatlarından istifadə edən investorlar da mövcuddur. 

Qeyd etmək lazımdır ki, Bölünmə Bitkoin kriptovalyutasının proqramında kodlaşdırılıb və bu, yüksək təklif fonunda dəyərin düşməsinə qarşı qorunmaq məqsədilə yaradılmış avtomatik təhlükəsizlik mexanizmidir. Bu zaman hər dörd ildən bir mayninq qarşılığında əldə edilən mükafat 50% azaldılır və bu, hər dəfə hesablanan 210 000 blokdan sonra baş verir. Qarşıdan gələn bölünmə isə bazar ertəsi axşam saatlarında baş tutacaqdır.