"BoE" Breksit riskləri artsa da siyasətini dəyişmədi

20 İyun 2019

Beynəlxalq maliyyə bazarlarında İngiltərə mərkəzi bankının AB ilə gələcək münasibətlərin önəmli olmasını vurğulaması investorların diqqət mərkəzində.

"BoE" Breksit riskləri artsa da siyasətini dəyişmədi

İngiltərə mərkəzi bankı (ing.: "BoE") monater siyasətini Breksit qeyri-müəyyənliyinin artmasına baxmayaraq dəyişməyib. Belə ki, uçot faiz dərəcəsi 0.75%-də saxlanılıb. Bu, keçən ilin yay aylarından bu səviyyədədir və maliyyə bazarlarında da dəyişiklik gözlənilmirdi. Qərar yekdilliklər qəbul edilib. 


"BoE" gələn il orta sürətdə faiz artımı planlaşdırsa da bunun üçün yumşaq breksit şərtləri hökm sürməlidir. Lakin maliyyə bazarlarında başqa senarilər getdikcə daha çox ticarət edilir. 


Bununla yanaşı, Tereza Meyin baş nazir vəzifəsinə namizədlər sərt Breksiti istisna etmirlər. Bank "AB ilə İngiltərə arasında Breksit sazişinin razılaşdırılmayacağı ehtimalları artıb" deyə açıqlamasında əlavə edib. 


Bu səbəblə İngiltərə bankı iqtisadi inkişaf üçün daha yüksək risklərin olduğunu bildirir. Qlobal ticarət böhranların artması da bankı narahat edir.  Bundan daha geniş gözləntilər üçün isə AB ilə gələcək ticarət münasibətləri önəmli rol oynayır.