"BoE" Breksitə görə inkişaf proqnozlarını azaltdı

07 Fevral 2019

İngiltərə Mərkəzi Bankı Breksit prosesinin sazişsiz davam edə biləcəyini nəzərə alaraq, inkişaf gözləntilərini 1.7%-dən 1.2%-ə salıb.

"BoE" Breksitə görə inkişaf proqnozlarını azaltdı

İqtisadiyyatda Breksit fonunda qeyri-müəyyənliklər və nəticədə zərərlər də artıb. Bu haqda cümə axşamı İngiltərə Mərkəzi Bankı (ing.: "BoE") faiz qərarının açıqlamasından sonra məlumat verib. Bu səbəbdən mərkəzi bank iqtisadi inkişaf gözləntilərini də aşağı salıb və investisiyaların azalması xəbərdarlığını edib. 


Cari il ərzində "BoE" yalnız 1.2%-lik inkişaf proznozlaşdırır. Lakin üç ay bundan əvvəl bu gözləntilər 1.7% səviyyəsində idi. 2020-ci il üzrə isə proqnozlar 1.5%-i keçmir. Lakin gözləntilər Breksit qeyri-müəyyənliyinin təsiri altında verilib və burada hər hansı müsbət irəliləyiş baş verərsə, gözləntilərə yenidən baxılmalıdır. Belə ki, Breksit qeyri-müəyyənliyi aradan qalxarsa, cari il üzrə inkişaf dinamikası bu il üçün 1.6%, gələn il üzrə isə 2.2%-ə yüksələ bilər. 


Breksit prosesi Avropa Birliyi ilə İngiltərə höküməti arasında müəyyən razılaşma çərçivəsində baş verərsə, uçot faiz dərəcələrində də artım məqsədə uyğun hesab edilir. Lakin 2%-lik inflyasiya hədəfinə çatmaq üçün gələcək üç il ərzində yalnız 0.25 punktluq faiz artımına ehtiyac olacaqdır. Noyabr ayında isə İngiltərə Bankı əlavə üç faiz artımı planlaşdırırdı. Bu da onu göstərir ki, bank iqtisadi vəziyyəti ümumilikdə zəif qiymətləndirir.