"BoE" faiz artımı gözləntilərini azalmasına səbəb olub

20 Aprel 2018

İngiltərə Mərkəzi Bankının sədri Mark Karney televiziyada çıxışı zamanı faiz artımı qərarlarında vaxt baxımından imkanlarının çox olduğunu vurğulayıb.

"BoE" faiz artımı gözləntilərini azalmasına səbəb olub

İngiltərədə yaxın zamanlarda faiz artımı gözləntiləri azalıb. Buna İngiltərə Mərkəzi Bankının (ing.: "BoE") sədri Mark Karneyin televiziyada çıxış səbəb olub. Belə ki, Mark Karney cümə axşamı "BBC"-də danışarkən bildirib ki, növbəti faiz artımı cari il ərzində mümkündür, lakin bu qərar verilərkən, ilin sonuna kimi vaxtın çox olduğu nəzərə alınacaqdır.  


Sədrin çıxışı maliyyə bazarlarında may ayı üzrə faiz artımı gözləntilərinin azalmasına (80%-dən 50%-ə kimi) səbəb olub. Bu isə Amerika sessiyasında funt sterlinqin 1%-dən çox ucuzlaşmasına səbəb olub. Mütəxəssislər 50% səviyyəsində olan gözləntiləri ciddi qəbul etmirlər. 


Bundan öncə də İngiltərə iqtisadiyyatı ilə bağlı fundamental göstəricilər zəif açıqlansa da, maliyyə bazarlarında faiz artımı yüksək idi. Karney fundamental göstəricilərin zəifləməsinə də toxunub, lakin onu da bildirib ki, "BoE" daha çox ümumi mənzərəni nəzərə alır. 


Xatırlatmaq lazımdır ki, İngiltərə Mərkəzi Bankı özü may ayında faiz artımının olacağını vurğulamasa da, olmayacağına da qarşı deyildi. Bununla yanaşı, nəzərə almaq lazımdır ki, Mark Karneyin istiqaməti maliyyə bazarlarında çətin müəyyən ediləndir. O, son dörd il ərzində müxtəlif istiqamətlərə işarə edib. Onun simasında bankın sərt monetar siyasətə keçid etdiyi görünsə də, amma bu, elə də güclü baş vermir.