"BoE": Faiz artıra bilərik, lakin Breksit riski var

02 May 2019

Beynəlxalq maliyyə bazarlarında İngiltərə mərkəzi bankının Breksit narahatlığı investorların diqqət mərkəzindədir.

"BoE": Faiz artıra bilərik, lakin Breksit riski var

İngiltərə mərkəzi bankı (ing.: "BoE") yumşaq pul siyasətinə davam edir. İngiltərə bankının cümə axşamı verdiyi açıqlamaya əsasən, uçot faiz dərəcəsi 0.75% səviyyəsində saxlanılır. Maliyyə bazarlarında da dəyişiklik proqnozlaşdırılmırdı. Bank sonuncu dəfə keçən ilin yay ayında cari səviyyəyə kimi faiz artımı qərarı vermişdi. 


Pul-kredit siyasətində dəyişiklik isə gözlənilmir. Proqnozlar da qarışıqdır. Belə ki, iqtisadi inkişaf ehtimalları 2019-ci ildən 2021-ci ilə kimi artırılıb, inflyasiya proqnozları isə bu il üçün aşağı salınıb. Ümumilikdə "BoE" orta müddətli perspektivdə monetar siyasətini sərtləşdirməyi hədəfləyir. 


İngilətrə bankı əlverişsiz şəraitdə fəaliyyət göstərirlər. Dayanıqlı inkişaf sürəti, hədəfə yaxın inflyasiya göstəriciləri və əmək haqları və gəlirlərin artması, faiz artımı üçün əsaslar verir. Lakin Breksit fonunda qeyri-müəyyənlik yüksək olaraq qalır. Beləliklə, əksər mütəxəssislər faiz artımı üçün imkanların Breksit prosesinə dair aydınlığın gətiriləcəyi təqdirdə olacağını düşünürlər.