"BoE" pul siyasətini sabit saxlayıb

14 Dekabr 2017

İngiltərə Bankının pul siyasətini müəyyən edən komitə üzvlərinin hamısı faizin cari səviyyədə saxlanılmasını dəstəkləyib.

"BoE" pul siyasətini sabit saxlayıb

İngiltərə Mərkəzi Bankı (ing.: "BoE") monetar siyasətini gözlənildiyi kimi dəyişməyib. Noyabr ayında on ildən sonra ilk dəfə faiz artımına gedən "BoE" cümə axşamı uçot faiz dərəcəsini 0.50% səviyyəsində saxlamağı qərarını alıb. İstiqraz alışı proqramında da dəyişiklik edilməyib. 

"BoE" cümə axşamı verdiyi açıqlamasında, gələcək illərdə də iqtisadiyyatın gözləntilərə uyğun inkişafı fonunda orta sürətdə faiz artımına davam ediləcəyi bildirilib. Faiz qərarı isə doqquz üzvün hamısı tərəfindən dəstəklənib. Bununla yanaşı, İngiltərə höküməti ilə Avropa Birliyi (AB) arasında "BREXIT" danışıqlarında da sonuncu irəliləyişlər, proses fonunda qeyri-müəyyənliyin də azalmasına səbəb olub. Bunun isə ölkədə sahibkarlıq və istehlak mühitinə müsbət təsir edəcəyi gözlənilir. 

Qeyd etmək lazımdır ki, "BoE" oktyabr ayında uçot faiz dərəcəsini 0.25%-dən 0.50%-ə kimi artırmışdır. Bu qərar 2016-ci ildə İngiltərənin AB-dən ayrılması (ing.: "BREXIT") referendumundan sonra iqtisadiyyatın yenidən canlanması və sürətlə artan inflyasiyaya qarşı tədbir kimi alınmışdır. "BREXIT" referendumundan sonra artan qeyri-müəyyənlik ölkə iqtisadiyyatına mənfi, ucuz funt sterlinq isə idxal olunan məhsulların qiymətlərinin bahalaşmasına təsir etmişdir. 

Faiz qərarının açıqlanmasından sonra foreks bazarlarında GBP/USD məzənnəsi 1.3410$-a kimi ucuzlaşıb.