Boeing səhmləri ucuzlaşmaqdır

13 Mart 2019

Beynəlxalq səhm bazarlarında Boeing şirkətinə məxsus eyni tipli təyyarənin artıq ikinci dəfə qəzaya uğraması səhmlərinin ucuzlaşmasına səbəb olmaqdadır.

Boeing səhmləri ucuzlaşmaqdır

“Boeing” səhmlərinin qiyməti çərşənbə axşamı yenidən düşdü və hal-hazırda 30 dollardan çox itirərək, 11 Martdakı minimum qiymətlərə, təxminən 365,55 dollara yaxınlaşdı. Zəifliyin son hücumunun katalizatoru Avropa Aviasiya Təhlükəsizliyi Agentliyinin 737 MAX uçuşuna qadağa qoyulması barədə xəbər oldu.


Bugünkü hərəkətin ilkin səbəbi isə Efiopiyada təyyarə qəzasının baş verməsi səbəbi ilə bir sıra ölkələrin 737 MAX modellərinin uçuşlarını təxirə salması oldu. Qərar Avstraliya, Braziliya, Böyük Britaniya, Hindistan, İndoneziya, İrlandiya, İslandiya, Almaniya, Çin, Malayziya, Meksika, Monqolustan, Hollandiya, Norveç, Sinqapur, Türkiyə, Fransa, Cənubi Koreya və Oman verilmişdir.


ABŞ Federal Aviasiya Adminstrasiyası (FAA) bugünə qədər belə addımlardan çəkinir. Lakin Donald Tramp Twitter səhifəsində qeyd etdi ki, təyyarələr uçmaq üçün çox mürəkkəbləşdi və köhnə və sadə təyyarələr bəzən daha yaxşı işləyir.


FAA Efiopiyada baş verən fəlakət haqqında məlumatları öyrənəcəklərini və müvafiq olaraq hərəkət edəcəyini söylədi. ABŞ-da 737 Max 8 istifadə edən Southwest Airlines və American Airlines, bu modelin etibarlılığına əmin olduğunu ifadə etdi.


Rusiyada olan 737 Max 8 təyyarəsi S7 hava yollarına məxsusdur. Onun nümayəndələri bildirmişlər ki, onlar Efiopiyada qəzaya uğramış təyyarə barədə istintaqı yaxından izləyirlər və “Boeing” ilə əlaqə saxlayırlar, lakin hələ uçmağı dayandırmaq üçün göstəriş almayıblar.